image-qanunla-reklam
image-1622271116_foto-5

Şəkidə yabanı halda bitən çətənə kolları məhv edilib

image-lady-day-az
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Çeşməli kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ümumi çəkisi 600 kiloqramdan artıq olan 8156 ədəd həmin çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Faktla bağlı araşdırma aparılır.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki