image-qanunla-reklam
image-semed_seyidov_281116

Səməd Seyidov: Bu, türk ideyasının azadlığıdır!

image-lady-day-az

Bu gün özəl gündür. Bu gün ilk dəfədir ki, bu tədbiri Azərbaycan öz torpaqlarını tam bərpa etmiş şəkildə, Türkiyə ilə bir səviyyədə qeyd edir.

Qanunla.Az  xəbər verir ki, bunu millət vəkili Səməd Seyidov Azərbaycanın Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə Türkiyənin Azərbaycandakı Səfirliyində keçirilən tədbirdə deyib:

“Mən ötən gün Şuşadan qayıtdım. Burada bir reallıq var – Azərbaycan və Türkiyə. 103 il əvvəl Nuru Paşanın şanlı ordusu daşnaqları, bolşevikləri Bakıdan sildi. Tarixin incəliyinə baxın, 103 il sonra Azərbaycan Türkiyənin mənəvi dəstəyi ilə həmin daşnaqları Qarabağdan təmizlədi. Ona görə də bizə qarşı mübarizə aparır, Azərbaycan və Türkiyəni ayırmaq istəyirlər. İkinci işğaldan sonra Türkiyəni Azərbaycandan qopardılar. Ancaq zamanın öz hökmü var. Türkü heç kim bir birindən ayıra bilməz. Azərbaycan-Türkiyə münasibətləri hansısa siyasi məsələlərlə bağlı olan münasibətlər deyil. Bu münasibətlər tariximizdən, dinimizdən gəlir”.

Millət vəkili qeyd edib ki, bu gün Milli Məclisdə Türkiyə və Azərbaycan ordusunun birgə təlimlərinin keçirilməsi müzakirə olunub:

“Bizim birlikdə olmağımız azadlığımızdır. Biz təkbaşına azad ola bilmərik. Biz birlikdə olaraq azadlığa qovuşa bilərik. Bu, sadəcə birlik deyil, Türk dünyasının, türk ideyasının azadlığıdır. Biz birlikdə olaraq güclüyük. Tək də gücümüzü göstərə birlik. Ancaq dünya miqyasında gücümüz birlikdədir “


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki