image-970_50
image-kerim-veliyev

Səmədoğlu Mərkəzi generalı və Arye Qutu təltif etdi

image-728_90

Vaqif Səmədoğlu Mərkəzi general Kərim Vəliyevi və Arye Qutu medalla təltif edib.

Bu barədə Axar.az-a Vaqif Səmədoğlu Mərkəzinin sədri Nüşabə B.Vəkilova məlumat verib.

O bildirib ki, Vaqif Səmədoğlu Mərkəzinin İdarə Heyətinin qərarına əsasən, Azərbaycan torpaqlarının işğaldan azad olunmasındakı xidmətlərinə görə I və II Qarabağ müharibəsi iştirakçısı, “Zəfər” ordenli general-leytenat Kərim Vəliyevi və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında xüsusi xidmətləri olan, “Xocalıya ədalət” layihəsinin İsrail üzrə nümayəndəsi, siyasi ekspert Arye Qutu “Vaqif Səmədoğlu medalı” ilə təltif ediblər.

Qeyd edək ki, xalq şairi, darmaturq Vaqif Səmədoğlu Azərbaycanın milli azadlıq hərəkatının liderlərindən olub. Onun xidmətləri “İstiqlal” ordeni ilə mukafatlandırılıb.

“Vaqif Səmədoğlu medalı” hər il şairin doğum günündə (5 iyun) təqdim edilir.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki