image-qanunla-reklam
image-0wwm3hulig2xxd6xqsxd7jlb7d8fmioq8rod87ie_1200

Şəmkirdə güclü külək orta məktəbin damını uçurdu

image-lady-day-az

“Güclü külək nəticəsində dam örtüyü uçan Şəmkir rayonu Qalib Allahverdiyev adına Şiştəpə kənd tam orta ümumtəhsil məktəbinin şagirdləri başqa məktəbə köçürülüblər”.

Bu məlumat Qazax-Tovuz Regional Mədəniyyət İdarəsindən Qanunla.Az-ın sorğusuna cavab olaraq verilib.

“Aprelin 6-da müşahidə edilən güclü külək Şəmkir rayonu Qalib Allahverdiyev adına Şiştəpə kənd tam orta ümumtəhsil məktəbinin dam örtüyünü uçurub.

Tədris prosesinin fasiləsizliyini təmin etmək məqsədilə bu gündən etibarən şagirdlər müvəqqəti olaraq Şəmkir rayonu Vüqar Alırzayev adına İrmaşlı kənd tam orta ümumtəhsil məktəbinə köçürülüblər.

Məktəbin dam örtüyünə dəyən zərərin qiymətləndirilməsi və müvafiq təmir işlərinin aparılması üçün təhsil müəssisəsinə ilkin baxış keçirilib. Yaxın günlərdə təmir işlərinə start veriləcək”, – deyə məlumatda vurğulanır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki