image-qanunla-reklam
image-bf9008aa-7095-3775-ae2b-56b300798d6d_850

Şəmkirdə keçirilən şənlik mərasimində pandemiya dövrünün tələbləri pozulub

image-lady-day-az

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Şəmkir rayonu, Kür qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Əlnağıyev İlkin İsmixan oğluna məxsus “Kür” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.

AQTA-dan Qanunla.az verilən məlumata görə, yoxlama zamanı müvafiq portaldan (“icaze.e-gov.az”) rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu, həmçinin pandemiya dövrünün tələblərinə əsasən, sıxlıq normalarının gözlənilmədiyi, şadlıq evinin sahibi ilə toy sahibi arasında müvafiq iltizamnamə bağlanılmadığı məlum olub.

Aşkar olunmuş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub, qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki