Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
Qanunla.Az xəbər verir ki, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes Vito” kiçik tutumlu sərnişin mikroavtobusu idarəetməni itirib. Nəticədə mikroavtobus yoldan çıxaraq aşıb. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.