Kolumbiyanın təhlükəsizlik qüvvələri İsrailin Baş naziri Benyamin Netanyahunu ölkəyə səfər edəcəyi təqdirdə Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında həbs edəcək.
Qanunla.az bu barədə “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir.
Kolumbiya Prezidenti Qustavo Petro kanala müsahibəsində bildirib ki, Fələstində və regionda baş verənlər təkcə müharibə deyil, əksinə, şimal ölkələrindən bütün cənuba təhdid mesajıdır.
O, qeyd edib ki, Boqota Qəzza münaqişəsi ilə bağlı mövqeyinə görə təzyiqlə üzləşib.