image-qanunla-reklam
image-sepah

SEPAH: HƏMAS üçün əlimizdən gələni edəcəyik

image-lady-day-az

HƏMAS üçün əlimizdən gələn hər şeyi edəcəyik.

Qanunla.Az xəbər verir ki, bunu SEPAH-ın Qüds qüvvələrinin komandanı İsmayıl Qaani HƏMAS-ın hərbi qanadının rəhbəri Məhəmməd əl-Zeyifə yazdığı məktubda bildirib.

“Sizi əmin edirik ki, bu tarixi döyüşdə nə lazımdırsa, edəcəyik və bizi birləşdirən qardaşlıq əhdimizə sadiqik. SEPAH Qəzzanın təzyiq altında qalmasına imkan verməyəcək”, – Qaani qeyd edib.

Qeyd edək ki, İranın dini lideri Əli Xamenei və Prezident İbrahim Rəisi HƏMAS liderlərindən İran və Livan Hizbullahını münaqişəyə cəlb etməklə bağlı çağırışları dayandırmalarını tələb edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki