image-qanunla-reklam
image-b948c1bc3c62e5422d22021ce1dacb90

SEPAH sənəd yaydı: Əsədi XAİN elan etdi: “İran qüvvələrinin koordinatlarını İsrailə satıb”

image-lady-day-az

Qanunla.az SEPAH-ın Telegram kanallarına istinadən xəbər verir ki, yayılan yeni məlumatlarda Suriya prezidenti Bəşər Əsədin kəşfiyyat qurumlarının İsrailə İran qüvvələrinin mövqeləri barədə məlumat ötürdüyü iddia olunur.

SEPAH tərəfindən yayılan sənəddə Nayrab hərbi hava limanı ətrafındakı İran mövqelərinin koordinatlarının göstərildiyi və bu məlumatların İsrailin dəqiq hərbi hücumlarını mümkün etdiyi bildirilir.

Sənədə əsasən, Əsəd rejiminin bu məlumatları İsrailə ötürməsi İran tərəfindən “xainlik” kimi qiymətləndirilib. SEPAH-ın Telegram kanallarında yayılan açıqlamalarda Əsəd rejimi İranın regiondakı maraqlarına xəyanət etməkdə ittiham olunur. İran rəsmiləri və SEPAH nümayəndələri isə baş verən hadisələrə görə Əsəd rejimini günahlandırır və İran qüvvələrinə qarşı həyata keçirilən əməliyyatlarda və Suriyadakı son gəlişmələrdə şəxsən Əsədin məsuliyyət daşıdığını iddia edirlər.

Eyni zamanda, analitiklər vurğulayırlar ki, İran rəsmiləri bu məlumatları yaymaqla öz hərbi uğursuzluqlarını ört-basdır etməyə çalışırlar. Son dövrlərdə İsrailin bölgədəki hücumları İranın hərbi mövqelərinə ciddi zərbə vurub və bu, İranın regiondakı gücünün zəifləməsinə gətirib çıxarıb.

Bəşər Əsəd hazırda Rusiya ərazisində sığınacaq tapıb.

Qanunla.az Kremlin sözçüsü Dmitri Peskovun açıqlamasına istinadən xəbər verir ki, Vladimir Putin Əsədə siyasi sığınacaq verilməsi qərarını şəxsən verib. Bundan əlavə, Əsədə Rusiya vətəndaşlığının verilməsi ilə bağlı iddialar da mövcuddur. Peskovun sözlərinə görə, bu məsələ Rusiya rəhbərliyi səviyyəsində müzakirə olunur. Əsədin özü isə hazırda ictimaiyyət qarşısında çıxış etməyib və onun haqqında məlumatlar yalnız Rusiya rəsmilərinin açıqlamalarında yer alır.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki