Serbiya prezidenti Aleksandr Vuçiç mayın 30-u Kosovoda vəziyyətin gərginləşməsi ilə əlaqədar beş Qərb ölkəsinin nümayəndələri ilə görüşəcək.
“Qanunla.az” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Onun sözlərinə görə, Kosovo hakimiyyəti Serbiya və NATO-nu sıxışdırmaq məqsədi güdür.
“Bütün bunları Albin Kurti (Kosovonun baş naziri. – red) serblərlə NATO arasında münaqişənin baş verməsini böyük istəyi ilə təşkil edir və baş verənlərə görə yalnız o, məsuldur” – Vuçiç deyib.
O, həmçinin bəyan edib ki, Belqrad Kosovoda sülhün qorunması üçün əlindən gələni edəcək, lakin öz xalqının öldürülməsinə imkan verməyəcək.