image-qanunla-reklam
image-ermenistanla-serhed

Sərhəddə “atışma”: iki azərbaycanlı necə “yaralanıb”?

image-lady-day-az

Ermənistan mediası ötən gün Ermənistan-Azərbaycan sərhədində guya insident baş verməsi barədə rəsmi məlumatın ardından “detalları” tirajlamağa başlayıblar.

Qanunla.Az xəbər verir ki, “Sputnik”in erməni bürosu Geqarkunik bölgəsində guya baş verdiyi bildirilən olayın “təfərrüatını” əldə edib.

Mənbəsi bəlli olmayan “təfərrüat”da bildirilir ki, insident əsgərlər arasında mübahisə ilə başlayıb. Bir-birindən 100 metr məsafədə yerləşən əsgərlər mübahisə etdikdən sonra ermənilər “silahsız halda” situasiyanı aydınlaşdırmaq üçün Azərbaycan əsgərlərinə yaxınlaşmağa başlayıb. Bu zaman Azərbaycan əsgərləri əvvəlcə göyə, daha sonra isə ermənilərin ayaqları altına atəş açıb. Bu zaman ermənilərdən biri ayağından, ermənilərin “cavab” atəşi ilə isə iki azərbaycanlı əsgər “yaralanıb”.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi sərhəddə heç bir insident olmadığı barədə rəsmi məlumat yayıb. Bildirilib ki, əgər erməni əsgərlər arasında yaralanan varsa, bu, yalnız öz aralarında yaranan insidentlə bağlı ola bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki