Yanvarın 20-də Bakının Binəqədi rayonunun DSK yolu adlanan ərazisində Üç qardaş MMC-nin müvəqqəti istismarında olan 91 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.
Qanunla.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.
“Daşıyıcının verdiyi məlumata görə yük (TIR) avtomobili nasazlıq səbəbindən yolun kənarında dayansa da, qəza dayanma işıqlarını qoşmayıb. Avtobusun sürücüsü Sərdar Həsənquliyev yük avtomobilini gördükdə əyləcə basıb lakin yol sürüşkən olduğundan hər iki nəqliyyat vasitəsi toqquşub. Nəticədə avtobusda olan bir nəfər sərnişin xəsarət alıb”, – məlumatda qeyd edilib