ABŞ-ın Texas ştatında sərnişin təyyarəsi havaya qalxdıqdan dərhal sonra alovlanıb. Hadisə “United Airlines” aviaşirkətinə məxsus reysdə baş verib.
Qanunla.az xarici mediaya istinadən xəbər verir ki, təyyarə havaya qalxarkən mühərrikində nasazlıq yaranıb və qısa müddət sonra alovlanıb. Pilot dərhal fövqəladə eniş edərək sərnişinləri xilas edib.
Təyyarədə olan sərnişinlər qanadın üzərinə çıxaraq xilasedicilərin gəlib onları təxliyə etməsini gözləyiblər. Hadisə yerinə yanğınsöndürən və təcili yardım briqadaları cəlb olunub.
Avişirkət hadisə ilə bağlı araşdırmalara başladığını və heç kimin ciddi xəsarət almadığını açıqlayıb. ABŞ aviasiya rəsmiləri isə insidentin səbəblərini araşdırır.