image-qanunla-reklam
image-seyyad-elizade

Səyyad Əlizadə komaya düşdü

image-lady-day-az

Tanınmış müğənni Səyyad Əlizadənin vəziyyəti kritikdir.

Bu barədə Kult.az-a Fövqəladə Hallar Nazirliyinin Zığda yerləşən modul tipli xəstəxanasından məlumat verilib.

Məlumatda bildirilir ki, hazırda müğənni süni tənəffüs aparatından 100% oksigen dəstəyi alır. Müğənnin arterial təzyiqi 160/90, nəbzi 107, şəkəri 101, saturasiyası 75-dir.

Qeyd edək ki, Səyyad Əlizadə avqustun 13-də koronavirus diaqnozu ilə Fövqəladə Hallar Nazirliyinin Zığda yerləşən modul tipli xəstəxanasına yerləşdirilmişdi.

***

Səyyad Əlizadənin qohumu Razim Qarayev Axşam.az-a açıqlamasında ifaçının komaya düşdüyünü bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki