image-qanunla-reklam
image-08d35283cd5f6136bafcc17f22b98f01

Si Cinpin Çin ordusunu müharibəyə hazırlaşmağa çağırıb

image-lady-day-az

Çin prezidenti Si Jinpin bu həftə qoşunları müharibəyə hazırlığı artırmağa çağırıb. 

Qanunla.Az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Agentlik xəbər verir ki, bu bəyanat Pekinin Tayvan ətrafında genişmiqyaslı hərbi təlimlər keçirməsindən cəmi bir neçə gün sonra verilib.

Cinpin qeyd edib ki, Çin əsgərləri “strateji çəkindirmə və döyüş imkanlarını gücləndirməlidirlər”. Onlar həmçinin “qoşunları etibarlı döyüş hazırlığı ilə təmin etməyə” borcludurlar.

“O, briqadanın zabit və əsgərlərini bacarıqlı olmağa, əllərində olan silahlardan daha yaxşı istifadə etməyə, partiyanın və xalqın etimadını doğrultmağa çağırıb”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, neçə vaxtdır Pekin öz ərazisi hesab etdiyi Tayvan ətrafında hərbi manevrlər edir, ancaq ABŞ-nin Tayvana hərtərəfli dəstəyindən çəkinərək həlledici hücuma keçmir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki