image-qanunla-reklam
image-media-2-5pitcj3z28fw7b90goml

Silahlı Qüvvələrimiz böyük peşəkarlıq, qəhrəmanlıq göstərmişdir və işğalçıları Cəbrayıl şəhərindən qovmuşdur

image-lady-day-az

Silahlı Qüvvələrimiz böyük peşəkarlıq, qəhrəmanlıq göstərmişdir və işğalçıları Cəbrayıl şəhərindən qovmuşdur.

İkinci Qarabağ müharibəsi, vətən müharibəsi, 44 günlük müharibə hətta “Dəmir Yumruq”əməliyyatı da adlanan bu müharibə atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüş olmuşdur. 2020-ci il 27 sentyabr tarixində Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq artilleriyalardan da istifadə etməklə Azərbaycan Respublikasının yaşayış məntəqələri daxil olmaqla sərhədlərini atəşə tutmuşdur. Azərbaycan Prezidentinin 28 sentyabr sərəncamı ilə ölkədə hərbi vəzyətə elan edilmişdir qismən səfərbərlik başlanılmışdır.

Elə ilk gündən başlanılmış əks-hücum əməliyyatları nəticəsində Azərbaycanın bir neçə rayonu və strateji əhəmiyyətli əraziləri işğaldan azad edilmişdir. Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsində əsl qəhrəmanlıq, fədakarlıq, rəşadət göstərmişdir. Cəbrayıl şəhərinin azad olunması həm müharibənin sonrakı gedişatına müsbət təsir göstərmişdir, eyni zamanda, Ordumuzun və ümumiyyətlə, xalqımızın mənəvi ruhunu yüksəltmişdir.

Rəşadətli ordumuz bir an bele geri çəkilməmiş, irəli inamla addımlayaraq hər gün yeni kənd, qəsəbə və şəhərləri düşmən tapdağından azad etmişdir. Onlar geri çəkilə də bilməzdilər, onların qanında mübariz qanı axırdı, onların qanında 1990-cı ilin 20 yanvarında  tankların qabağına əli yalın çıxıb vətəni müdafiə edən qeyrətli oğulların qızların qanı axırdı.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində şanlı Ordumuz hər gün irəli gedirdi, hər gün yaşayış məntəqələri işğalçılardan azad edilirdi. Bir gün belə geriyə addım atılmadı, hər gün bir neçə kənd, bir neçə qəsəbə, şəhər azad edilirdi. Bir nəfər olsun döyüş meydanını tərk etməmişdir. Amma Ermənistan rəsmi nümayəndələrinin özlərinin etirafına görə, Ermənistan ordusunda 12 mindən çox fərari olmuşdur

Bu qanlı döyüşlərdə vətənimiz 3200-dən çox şəhid vermişdi, vətən müharibəsində 90 mindən çox gənc azərbaycanlı iştirak etmişdir. Şəhidlərimizin ruhu qarşısında hər zaman hörmətlə baş əyirik.

Abuşova Şəbnəm – Zərdab peşə liseyinin Azərbaycan dili müəllimi

 

 

Biz ancaq öz gücümüzə arxalanmalıyıq və heç bir vədlərə,heç bir şirin sözlərə, yalançı ifadələrə aldanmamalıyıq.

Ana Vətən ulu əcdadlarımızın havasını udduğu, suyunu içdiyi, gömdüyü, bu gün bizi qoynunda daşıyan, əvvəlimiz və sonumuz olan torpaqdır. Vətən müqəddəsdir. Ona sevgi olmayan qəlbdə ülvi hisslərə yer olmaz. Vətənini tanımayan, ondan üz döndərən bir gün hər kəsdən, öz vicdanından da üz döndərər. Ümummilli lider Heydər Əliyev deyib ki, “Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır”.

Normal düşüncə tərzi olan hər kəsin daxilində Vətənə sevgi yaşayır. Bu sevgi yüksək olduqca böyük şəxsiyyətlər yetişdirir. Ana Vətən məhz belə böyük şəxsiyyətlərin qollarına söykənir və adı ucalır. Ulu öndər Heydər Əliyevin Vətənə sevgisi o qədər uca və yenilməz idi ki, çətin günlərdən və mübarizələrdən qalib kimi çıxararaq bu gün bizə xoşbəxt yaşadığımız Azərbaycanı bəxş etdi. Bu gün hər birimiz müstəqil Vətənimiz, bayrağımız, azadlığımıza görə ümummilli liderə borcluyuq və onun ideyalarını yaşatmalı, onun qədər olmasa da, bütün qəlbimizlə Vətəni sevməliyik. Vətənə sevgi ilə ürəyimiz çırpınmasa, ölkənin parlaq gələcəyini dumana qərq edərik.

Prezident İlham Əliyev Qarabağ zəfərimizi şərtləndirən ən mühüm amil kimi milli ruhun üzərində dayanıb. Bu yerdə İkinci Qarabağ müharibəsi günlərində erməni hərbçilərin əsgərlərimiz barədə dilə gətirdikləri fikirlərdən birini yada salaq. Erməni hərbçilər əllərində pulemyot silah ola-ola səngəri qoyub qaçdıqlarını izah edərkən deyirdilər ki, azərbaycanlılar ölümdən qorxmayaraq üzərlərinə sanki ildırım sürəti ilə şığıyırdılar. 44 günlük müharibə neçə-neçə belə qürur dolu epizodların tarix yaşantısına çevrildiyi müqəddəs dava idi. Dövlətimizin başçısı milli düşüncəni məhz bu davanın məntiqi uğur sonluğu baxımından vacib amil kimi vurğulayır.

Cənab Prezident İlham Əliyev cari ilin 4 oktyabr tarixində Cəbrayıl şəhərində çıxış edərkən qeyd etmişdir ki, “Biz ancaq öz gücümüzə arxalanmalıyıq və heç bir vədlərə, heç bir şirin sözlərə, yalançı ifadələrə aldanmamalıyıq.Bu gün anti-Azərbaycan qüvvələrin əsas hədəfi gənc nəsillərin şüurudur. Ona təsir etməyə çalışırlar. Ona görə Azərbaycana qarşı olmazın yalanlarını uydururlar, tirajlayırlar, öz mətbuatlarında, öz dırnaqarası qeyri-hökumət təşkilatlarında. Azərbaycanda, müxtəlif QHT-lər adı altında, hansısa ictimai qurumlar adı altında Anti-Azərbaycan mövqeyində olan müxtəlif ünsürləri bu günə qədər də maliyyələşdirirlər.”

Səlim Zeynalov – Zərdab rayonu Dəkkəoba kənd tam orta məktəbinin direktoru 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki