Ölkələr arasında əməkdaşlıq dərinləşməyə davam edərsə, Şimali Koreya Ukraynadakı müharibədə Rusiyaya kömək etmək üçün 100 minə qədər hərbçi göndərə bilər.
Qanunla.Az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, bu miqyasda hərbi dəstək baş tutarsa, çox güman ki, birdəfəlik dislokasiya deyil, qoşunların rotasiyası ilə partiyalar şəklində həyata keçiriləcək.
İddia edilir ki, Şimali Koreya qoşunlarının yeridilməsi müharibənin qlobal xarakter aldığını göstərir və bu həftə Braziliyada keçiriləcək G20 sammitində bu məsələ qaldırılacaq.