image-qanunla-reklam
image-kur-xezer4

Şimali Xəzər quruya bilər – Xəbərdarlıq

image-lady-day-az

Alman və holland alimlərinin Xəzər dənizinin səviyyəsinin 9 metr enməsi haqqında proqnoz özünü doğruldarsa, Xəzər regionunun ekoloji, iqtisadi və siyasi stabilliyində böyük problemlər yaşana bilər.

Qanunla.Az  xəbər verir ki, bunu Bakupost.az-a Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov deyib.

Bu problemlərdən bir neçəsini açıqlayan alim bildirib ki, səviyyənin kəskin aşağı düşməsi Şimali Xəzərin tamamilə qurumasına, sahil landşaftının deqradasiyasına ümumiyyətlə, dənizin sahil xəttinin nəzərəçarpacaq dəyişməsilə quru sahələrin artmasına və Xəzərətrafı ölkələr ərasında ərazi problemlərinin yaranmasına səbəb ola bilər:

“Bununla yanaşı, dəniz naviqasiyasında, neft-qaz hasılatı və daşınmalarında ciddi problemlər yarana bilər. Sahil infrastrukturunda və rekreasiya fəaliyyətində hissolunacaq çətinliklərin meydana çıxması və əlavə xərclərə ehtiyacın yaranması mümkündür. Hazırda çox da qənaətbəxş olmayan dəniz ekosistemində baş verə biləcək ciddi neqativ dəyişiklər biomüxtəlifliyin nəzərəçarpacaq dərəcədə azalması, o cümlədən qiymətli balıq növlərinin və digər nadir dəniz canlıların kökünün tamamilə kəsilməsi və ya populyasiyaların minimuma enməsi ilə nəticələnə bilər. Dayaz ərazilərin, o cümlədən, Qızılağac körfəzinin və ərazidəki bataqlıqların quruması köçəri quşların miqrasiyasında ciddi problemlər yarada bilər. Xəzər dənizində səviyyə dəyişmələrinin “sərt” ssenari üzrə (səviyyənin 18 m enəcəyi) gedəcəyi halda isə vəziyyətin daha dramatik olacağı proqnozlaşdırılır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki