image-qanunla-reklam
image-img-20211220-wa0022

Şirvan şəhər sakinin üzərindən və yaşadığı evdən narkotik aşkarlandı

image-lady-day-az

Şirvan şəhəri ərazisində narkotik vasitələrin, eləcə də psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Qanunla.az-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Xəyyam Vəliyev şübhəli şəxs qismində saxlanılıb.

Onun üzərinə və yaşadığı evə keçirilən baxış zamanı psixotrop maddə olan metamfetamin və heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki