image-qanunla-reklam
image-1624027072-60ccade92fc5760ccade92fc591624026600549b992c3ac5455c9050cbbd3520cef9

Şirvanda 40 yaşlı kişi qətlə YETİRİLDİ

image-lady-day-az

Şirvanda bıçaqlanma hadisəsi baş verib.

Qanunla.Az apa-ya istinadən xəbər verir ki, hadisə münaqişə zəminində Şirvanın köhnə şəhər massivi adlanan ərazisində qeydə alınıb.

Şirvan sakini, 1981-ci il təvəllüdlü Babayev Fəxi Veys oğlu tanışı tərəfindən ürək nahiyəsindən bıçaqlanıb. Bıçaqlanan şəxs ağır vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb. Həkimlərin səyinə baxmayaraq yaralı əməliyyat stolunda ölüb. Münaqişə zamanı yaralanan şəxsin qardaşı oğlu Murad Babayev də qulağından yüngül bıçaq xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki