Şirvanda yataqxanada baş verən yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Qanunla.Az-a verilən məlumata görə, şəhərdə beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində ümumi sahəsi 15 m² olan bir otağın yanar konstruksiyaları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş otaqlardan 4 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib, 30 nəfər sakin təhlükəsiz əraziyə təxliyə edilib.
Qonşu otaqlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.