image-qanunla-reklam
image-fotojet-2021-10-11t141922-230

Siyavuş Novruzov Vahid Əhmədova söz atdı, cavabını aldı

image-lady-day-az

 

Milli Məclisin iclasında “Müstəqillik haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputatlar Siyavuş Novruzovla Vahid Əhmədov arasında fikir ayrılığı yaranıb.

S.Novruzov bəzi şəxslərin özünü “istiqlalçı deputat” adlandırmasına etiraz edib.

O qeyd edib ki, Azərbaycan SSRİ məkanında öz müstəqilliyini ən gec elan edən ölkələrdən olub.

“Bu gün özünü istiqlalçı deputat hesab edənlər bütövlükdə müstəqilliyin bərpasına səs verən deputatları qeyri-istiqlalçı deputat hesab edirlər. Tarix gələcəyə düzgün çatdırılmalıdır”, – deyə S.Novruzov əlavə edib.

V.Əhmədov isə qeyd edib:

“İndi burada danışmaq çox asandır. Bu zalda referendumla əlaqədar 43 deputat Azərbaycanın SSRİ-dən ayrılmasına səs vermişdi. Onlardan biri də ulu öndər Heydər Əliyev idi. İndi durub SSRİ-nin saxlanılmasının əleyhinə səs verən istiqlalçı deputatların alçaldılmasını qəbul etmirəm”.

Qeyd edək ki, 1991-ci ilin 7 martında Azərbaycanda SSRİ-nin saxlanması ilə bağlı referendum keçirilib.

Həmin iclasda iştirak edən deputatların 254 nəfəri SSRİ-nin saxlanmasının isə lehinə, 43 deputat isə əleyhinə səs verib. 6 nəfər bitərəf qalıb.

Həmin 43 deputat “istiqlalçı deputatlar” kimi tarixə düşüb.

Bundan əvvəl də Siyavuş Novruzov dəfələrlə bəzi “istiqlalçı deputatlar”a iradını bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki