image-qanunla-reklam
image-qeza_1

Siyəzəndə iki qardaş qəzaya düşdü, biri ağır yaralandı

image-lady-day-az

Siyəzən rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qanunla.Az xəbər verir ki, “VAZ-2107” markalı avtomobilin dərəyə aşması nəticəsində iki qardaş xəsarət alıb.

Onlardan biri, 1994-cü il təvəllüdlü Musayev Musa Məmməd oğlunun xəsarəti ağır olduğu üçün Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı ona sağ qolun yerdəyişən sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki