SOCAR-ın “Azəriqaz” İB rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək
Qanunla.Az xəbər verir ki, SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun Cəlilabad rayonunda vətəndaş qəbulu keçiriləcək. 14 mart saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.
Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız “Azəriqaz” İB-nin fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Lənkəran Regional qaz istismarı İdarəsinə (tel: 051-792-79-95; 050-845-96-81) müraciət edə bilərlər.