image-qanunla-reklam
image-qafan-gorus-post

SOCAR Qafan yolunda yanacaq məntəqəsi tikir – Video

image-lady-day-az

Gorus-Qafan yolunda SOCAR-ın yanacaq məntəqəsi tikir.

Qanunla.Az xəbər verir ki, bu haqda Yutubda video yayılıb.

Qeyd edək ki, bir müddət öncə erməni mediası Gorus-Qafan yolunda SOCAR-ın yanacaqdoldurma məntəqəsi tikməyə başladığını yazmışdı.

***

Məlumatı SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov təsdiqləyib.

O bildirib ki, YDM özünə xidmət üsulu ilə fəaliyyət göstərəcək:

“Belə ki, müştərilə YDM-də quraşdırılmış xüsusi ödəniş terminalı vasitəsilə ödəməni həyata keçirdikdən sonra özləri yanacaqpaylayıcı kalonkadan yanacaq təminatlarını ödəyə biləcəklər. Yeni istifadəyə verilmiş YDM-də üç yanacaqpaylayıcı kalonka quraşdırılıb. Beləliklə bu yanacaqdoldurma məntəqəsində “A-95- PREMİUM, “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək. Bununla da 4 kiçik və bir iritutumlu avtonəqliyyat vasitələrinin yanacaqla təmin edilməsi üçün şərait yaradılıb”.

İ.Əhmədov qeyd edib ki, SOCAR daha əvvəl Şuşada və Ağdam rayonunda modul tipli YDM-ləri açıb:

“Sonuncu istismara verilən YDM isə Qubadlı rayonu, Eyvazlı kəndinin ərazisində yerləşir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki