image-qanunla-reklam
image-92221281-4a26-38c4-85d9-ecade5be7274_850

Somalidə hərbçilərlə yaraqlılar arasında toqquşmalar zamanı 30 nəfər ölüb

image-lady-day-az

Somalinin Quriel şəhərində ölkənin silahlı qüvvələri ilə hökumətə qarşı mübarizə aparan “Əhli əs-Sünnə val Camaa” adlı yarımhərbi qruplaşmanın yaraqlıları arasında baş verən toqquşmalar nəticəsində azı 30 nəfər ölüb.

Bu barədə yerli Somali Guardian nəşri məlumat yayıb.

Məlumata görə, toqquşmalar zamanı 70-dən çox insan yaralanıb.

“(Somalidəki toqquşmalar nəticəsində-red) Otuz nəfər həlak olub, yetmişdən çox insan yaralanıb. Somali silahlı qüvvələrinin nümayəndələrinin sözlərinə görə, ordu bir neçə nəfəri əsir götürə bilib”, – nəşr yazıb.

Qeyd olunur ki, bir tərəfdən Somalinin ordu birləşməsi və Qalmuduq bölgəsinin silahlı qüvvələri, digər tərəfdən isə “Əhli əs-Sünnə val Camaa” adlı yarımhərbi qruplaşmanın yaraqlıları Qurieldə döyüşlərdə iştirak edib, qarşıdurmalar ikinci gündür davam edir.

Oktyabrın əvvəlində “Radio Dalsan”, “Əhli əs-Sünnə val Camaa”nın Somalinin mərkəzindəki iki şəhəri ələ keçirdiyini xəbər verib. Silahlılar Quriel və Dusamareb şəhərlərini nəzarətə götürüblər.

Qeyd edək ki, Somalidə “Əhli əs-Sünnə val Camaa” yarımhərbi qruplaşması 1991-ci ildə yaradılıb. Qruplaşma “Aş Şabab” radikalları ilə əməkdaşlıq edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki