image-qanunla-reklam
image-275852011_442517191005721_3185466426639282722_n

Son iki ildə milli iqtisadiyyatımız ciddi nailiyyətlər əldə edib-Elnur Allahverdiyev / VİDEO

image-lady-day-az
Millət vəkili Elnur Allahverdiyev Qanunla.Az-a açıqlamasında bildirib ki,dünən Milli Məclisdə Nazirlər Kabinetinin 2021-ci ilə dair hesabatı dinlənilib. Hesabat çərçivəsində hökumətin fəaliyyəti ilə bağlı çıxışım oldu. Pandemiyanın yaratdığı iqtisadi sıxıntılara və Vətən müharibəsinə baxmayaraq, son iki ildə milli iqtisadiyyatımız ciddi nailiyyətlər əldə edib:
– 2021-ci ilin Dövlət büdcəsinin xərcləri 27,4 milyard manat məbləğində icra edilib ki, bu, 2020-ci illə müqayisədə 3,8%, yaxud 1 milyard manat çoxdur;
– Milli təhlükəsizlik və müdafiə tədbirlətinə yönələn vəsait əvvəlki il ilə müqayisədə 21%, yaxud 786,5 milyon manat çox olub. Hazırki şəraitdə bu, olduqca vacibdir;
– Strateji valyuta ehtiyatlarımız 2021-ci il ərzində 2,4 milyard dollar (4,8%) artaraq 53 milyard dollar təşkil edib;
– Xarici dövlət borcumuz 2021-ci ilin əvvəli ilə müqayisədə 8,7%, yəni 707 milyon dollar azalıb.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki