image-qanunla-reklam
image-1618928488_70764337-0fab-38e9-8c3e-6f33444d3fb0_850-1-1

Şoyqu NATO-nu ittiham edib, ordunun döyüş qabiliyyətinin artırıldığını açıqlayıb

image-lady-day-az
“Şimali Atlantika Alyansının (NATO) bir sıra Qafqaz və Yaxın Şərq ölkələrində vəziyyətin normallaşmasına qarşı çıxmaq cəhdləri səbəbi ilə Rusiyanın Cənub Hərbi Dairəsinin (CHD) qoşunlarının döyüş qabiliyyəti artırılır” .
Bunu Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu bildirib.
“Yaxın Şərq regionunun və Qafqazın bir sıra ölkələrində qeyri-stabil vəziyyət müşahidə olunur. Alyansın vəziyyətin normallaşmasına müqavimət göstərmək cəhdləri bizi simmetrik olaraq strateji məhdudlaşdırma tədbirləri görməyə və Cənub Hərbi Dairəsinin qoşunlarının döyüş qabiliyyətini artırmağa məcbur edir,” – nazir aprelin 20-də Rusiya Müdafiə Nazirliyinin kollegiya iclasında deyib.
Onun sözlərinə görə, döyüş heyətinin təkmilləşdirilməsi çərçivəsində ötən il 54 təşkilati tədbir həyata keçirilib: “Bunlardan ən əsası daha bir motoatıcı diviziyasının yaradılması olub.
Eyni zamanda, Cənub Hərbi Dairəsinin davamlı yenidən təchizatı davam edir. 2020-ci ildə qoşunlara 3200-dən çox müasir silah və hərbi texnika verilib”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki