image-qanunla-reklam
image-1657360314_anti-government_protest_in_sri_lanka_2022

Şri-Lankadakı etirazlarda 30 nəfər yaralanıb

image-lady-day-az

Şri-Lankada prezident iqamətgahı yaxınlığında davam edən etiraz aksiyalarında 30 nəfər xəsarət alıb.

“Qanunla.az” xəbər verir ki, xəsarət alanlardan ikisi polis əməkdaşı olub. Qeyd olunur ki, etirazçıların qarşısının alınması üçün polis gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etməli olub.

Şri-Lanka baş naziri aksiya ilə əlaqədar parlamentin təcili iclasını çağırıb. Xatırladaq ki, paytaxt Kolomboda etirazçılar bu güm ölkə prezidenti Qotabaya Racapakasanın iqamətgahına daxil olublar.

Dövlət başçısı etirazçıların əraziyə daxil olmasından qısa müddət əvvəl iqamətgahı tərk edə bilib. Hazırda onun yeri barədə məlumat verilmir. Şri-Lankada sakinlər uzun müddətdir ki, ölkədə kəskin inflyasiyaya etiraz edir.

Hazırda Şri-Lankanın xarici borcları 51 milyard dollara çatıb. Bir neçə ay əvvəl ölkə borclarla bağlı defolt elan etmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki