image-qanunla-reklam
image-gorus

Strateji hədəf: Bakı və Ankara buna nail olmaq istəyir

image-lady-day-az

Gorus-Qafan yolunun açılması üçün aparılan danışıqlar hələ də davam edir. Azərbaycanın öz suveren ərazisindən keçən yolu bağlamasının, artıq iki gündür davam edən danışıqlar masasına əyləşməsinin taktiki və strateji hədəfləri var.

Taktiki hədəf: Azərbaycan hərbçisini süngü ilə yaralayan erməni hərbçisinin cəzalandırılması;

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatında bildirilir ki, Azərbaycan Dövlət Sərhəd Xidməti hadisə ilə bağlı onlara məlumat verib və Ermənistan tərəfi hazırda bu məlumatlarla bağlı əməliyyat-istintaq tədbirləri həyata keçirir.

Bakı əlindəki rıçaqı işə salmaqla əsgərinə süngü ilə hücum edən erməni hərbçilərini Ermənistanın əli ilə cəzalandırır.

Strateji hədəf: Ermənistanı bloka salmaqla tələblərini qəbul etdirmək;

– Sərhədin delimitasiyası və demarkasiyasına məcbur edə bilər;

– Zəngəzur dəhlizində işlərə başlanmasına nail ola bilər;

Azərbaycan yekun hədəfi “sülh müqaviləsi”nin imzalanmasıdır, lakin buna qədər cari hədəflərə nail olunmalıdır: sərhəd məsələsinin həlli Qarabağda, Zəngəzur dəhlizinin açılması qlobal siyasətdə əlimizi gücləndirir;

Burada diqqətçəkən məqam Nikol Paşinyanın Gorus-Qafan yolunun bağlanmasından sonra “Türkiyədən müsbət siqnallar alırıq, müsbət cavab verəcəyik” açıqlamasını verməsidir. İstisna deyil ki, Ankara İrəvana göndərdiyi müsbət siqnalların qarşılığında Zəngəzur dəhlizi şərtini irəli sürüb, Bakı da əlindəki rıçaqla Ermənistana buna məcbur edir: Bakı və Ankara Zəngəzur dəhlizində işlərin başlanmasına nail olmaq istəyir;

Yolun açılması ilə bağlı danışıqların uzanması da gündəliyin sərt olduğundan xəbər verir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki