image-qanunla-reklam
image-174204257758651186c08a18c109f28c4da6407a86

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşları peşə bayramlarını qeyd ediblər

image-lady-day-az

16 mart – Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi əməkdaşlarının peşə bayramı günüdür. Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının peşə bayramı ilə əlaqədar  Agentliyin rəisi general-mayor İlqar Abbasov və şəxsi heyəti  Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edərək məzarı önünə əklil  və gül dəstələri qoyublar. Həmçinin, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva, tanınmış dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb.

Qanunla.Az xəbər verir ki, şəhidlər xiyabanında Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi yad edilərək məzarları üstünə güllər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi əməkdaşlarının peşə bayramı münasibətilə tədbir  daha sonra Agentliyinin akt zalında davam etdirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 15 mart 2025-ci il tarixli Sərəncamı ilə Agentliyin 12 nəfər hərbi qulluqçusu xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə dövlət təltifləri ilə mükafatlandırılmışdır. Agentlik rəisinin müvafiq əmrləri ilə isə bir qrup  hərbi qulluqçular müxtəlif medallar və digər mükafatlar ilə təltif edilmişdir.

Qeyd edək ki, beynəlxalq terrorizmin və sui – qəsdlərin geniş vüsət aldığı bir vaxtda mühafizə işinin təkmilləşdirilməsi və terrorçuluğa qarşı mübarizə, yüksək peşəkarlığa malik kadrların hazırlanması Agentliyin qarşısında duran əsas vəzifələrdəndir.  Situasiya  mərkəzinin yaradılması, pilotsuz uçuş aparatlarından və 14 km məsafəni müşahidə edən termal və optik spektr şəbəkə kamerası kimi texnikanın yeni nailiyyətlərindən istifadə olunması mühafizə fəaliyyətinin səmərəli şəkildə həyata keçirilməsi üçün yaradılmış təminatlardandır.

image-17420425736a933c0010fe2a2aa6e573d98d096f1dimage-174204257758651186c08a18c109f28c4da6407a86image-17420425825a32398a70c4f4e685e56a7f37d2bf03image-174204258647fdf9f3336e645d593bcf37c92f67e4image-1742042592d8f873c0459c03542d088817e3b1fb43image-17420425966e489193c20c80df4ff633964772431fimage-1742042602201439cad48af674f72054f249f0ebda


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki