image-qanunla-reklam
image-save_20210328_181716

Strateji planlaşdırma döyüşdə qələbənin təkanverici qüvvəsi oldu

image-lady-day-az

Strateji planlaşdırma döyüşdə qələbənin təkanverici qüvvəsi oldu

Vətən müharibəsi – XXI əsrin müharibəsi sayılır. Azərbaycan ordusu öz torpağında düşmənə qarşı vuruşaraq öz ədalətini, sülhsevərliyini, mərhəmətini bütün dünyaya sübut etdi.Torpaqlarımızı işğal etdikdən sonra sülh sazişlərinə baxmayaraq həmişə ölkəmizə qarşı düşmən mövqeyində olan, hər an müharibəyə başlamaqçün dinc əhalimizə qarşı faciələr törətməyə fürsət gəzən düşmənə – ermənivandallarına, bu müharibəni başlamış cəlladlarlara Müzəffər ordumuz öz layiqli cavabını verdivə artıq düşmənləri topaqlarımızdan qovaraq onları yerindəcə susdurdu. Hələ mühaibənin ilk günündən – sentyabrın 27-dən Füzuli rayonunun Qaraxanbəyli kəndinin düşməndən alınması ordumuzun öz şərəfli missiyasını həyata keçirməsi, icra etməsi üçün əlverişli vasitə, baş tutacaq planların ilk mərhələsi idi. Əks-hücum əməliyyatı ilə düşmənə qarşı dayanmdan irəliləyən ordumuz oktyabrın 9-da Hadrut qəsəbəsini işğaldan azad etməsi isə böyük əhəmiyyətə malik olan xüsusi hərbi əməliyyat, parlaq qələbənin başlanğıcı üçün əlverişli hərbi təkan idi.Hadrut ətrafında yerləşən vacib yüksəkliklər ordumuz tərəfindən götürüləndən sonra nəzarət faktiki olaraq Azərbaycan ordusunun tərəfinə keçdi və strateji planlaşdırma ilə qazanılıb əldə edilən bu nəzarət oktyabrın 17-də Füzuli şəhərinin düşməndən alınması ilə davam etdirildi.
Hadrut qəsəbəsi əməliyyatının uğurlu hərbi strategiyası dünyanın hərb elmində hələ bundan sonra da xüsusi yer tutacaq. Şuşa şəhərinin alınması, Şuşa əməliyyatının uğurla keçməsi üçün məhz Hadrutu azad etmək ən vacib, önəmli hərbi əməliyyat idi. Bizim ordumuzun düzgün seçilmiş hədəfləri,güclü hərbi təcrübəsi, strateji döyüş planları, peşəkar hərbi heyətin yüksək bacarığı, dağlardan, dərələrdən, sıldırım qayalardan keçərək göstərdikləri qəhrəmanlıqlar 44 günlük şanlı müharibəmizin parlaq zəfəri dünyanın hərbi ekspertləri, mütəxəsissləri, dünyanın bir çox ölkələrinin siyasətçiləri tərəfindən yüksək qiymətlə danışılır və bildirilir ki, bu, XXI əsrin müharibəsidir.

Ağayev Fariz Mübariz oğlu
Saatlı rayonu Ə.Vəliyev adına Dədə Qorqud kənd tam orta məktəbinin Tarix müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki