Suriyanın Xüms əyaləti üzərində ABŞ PUA-sı ilə Rusiya Su-35 qırıcısı arasında təhlükəli yaxınlaşma olub.
Qanunla.Az xəbər verir ki, bu barədə Suriyada Rusiyanın Tərəfləri Barışdırması Mərkəzinin rəis müavini, general-mayor Yuri Popov deyib.
O bildirib ki, hadisə iyunun 29-da saat 11:00-dan 11:05-dək (Moskva vaxtı ilə) Xüms əyalətində, 7500-8500 m yüksəklikdə MQ-9 Reaper növbəti dəfə təhlükəli dərəcədə Su-35-ə yaxınlaşıb:
“Rusiyalı pilot yüksək peşəkarlıq nümayiş etdirərək toqquşmanın qarşısını almaq üçün operativ şəkildə lazımi tədbirlər görüb”.