Yaponiyanın Honsyu adasının cənubunda yerləşən sualtı vulkanda partlayış olub.
“Qanunla.az” xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatında yaxınlıqdakı sularda üzən gəmilərə vulkanik qaz və küllə yeni püskürmə ehtimalı barədə xəbərdarlıq da edilib.
Məlumata görə, Tokionun təxminən min kilometr cənubunda, Şimali İvo Jima adası yaxınlığındakı Funka Asane bölgəsindəki sualtı vulkanda püskürməni hava müşahidə peyki qeydə alıb.
Qeyd edək ki, bu, 1945-ci ildən sonra sözügedən bölgədə ilk vulkan püskürməsidir.