image-qanunla-reklam
image-270134521_444889313847367_1293308321095022145_n

Sudanın baş naziri istefa verdi

image-lady-day-az

 

Sudanın baş naziri Abdullah Hamduk vəzifəsindən istefa verdiyini açıqlayıb.

“Mən məsuliyyəti öz üzərimə götürmək və baş nazir postundan istefa verdiyimi elan etmək, həmçinin bu nəcib ölkənin başqa bir kişisinə və ya qadınına şans vermək qərarına gəldim”, – deyə o, dövlət televiziyasında açıqlamasında bildirib.

O, Xartumda yeni nümayişlər zamanı üç etirazçının öldürülməsindən bir neçə saat sonra istefa verib.

Sudanda oktyabrdan başlayan etirazlarda 50 nəfərdən çox insan həyatını itirib.

Hamduk 2019-cu ilin avqustundan baş nazir postunu tutub.

Lakin 2021-ci ilin oktyabr-noyabr aylarında ölkədə dövlət çevrilişi baş verəndə o, hakimiyyətdən uzaqlaşdırıldı. Hamduk yalnız noyabrın 21-də Sudan ordusu ilə siyasi bəyannamədə razılaşdıqdan sonra vəzifəsinə bərpa edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki