image-qanunla-reklam
image-1718562536_volodymyr-zelensky-crimea-russia-war-kherson-counteroffensive

“Sülh planı ilin sonuna qədər hazır olacaq” – Zelenski

image-lady-day-az

Ukrayna sülh planının üç komponenti üzərində işləyir: enerji, ərzaq təhlükəsizliyi, hərbi əsirlərin mübadiləsi. 

Qanunla.Az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

“Bunlar prioritet sahələrdir, lakin sülh qətnaməsinin digər komponentləri üzrə paralel iş aparılır”, – deyə o, Kiyevdə sloveniyalı həmkarı Nataşa Pirc Musarla görüşdən sonra deyib.

Zelenski qeyd edib ki, təfərrüatlı sülh planı ilin sonuna qədər hazır olacaq: “Hər şey yalnız Ukraynadan asılı olsaydı, müharibə olmazdı. Biz bu müharibəni uzatmaq istəmirik və tezliklə sülhə nail olmalıyıq. Biz sülh istəyirik, lakin güclü olmalıyıq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki