image-qanunla-reklam
image-media-169342126_1392152094479333_2937693351028457989_n-igf3nuopltc7arw120me

Sülhə, əminamanlığa gedən yol-Emil İmanov

image-lady-day-az

Sülhə, əminamanlığa gedən yol.

Əziz xalqım, dəyərli millətim!
30 il idir ki, regionda qeyri stabillik və müharibə şəraiti davam edirdi. Ölkəmizin ərazi bütövlüyü kobudcasına erməni vandalizminin işğalçı mövqeyi nəticəsində pozulmuşdur. Ancaq Tanrıya şükürlər olsun ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı qüvvələrin Ali Baş komandanı Cənab İlham Əliyevin siyasi, əzimkar, müdrik və məqsədyönlü səyləri nəticəsində “Qarabağ Azərbaycandır” şüarı ilə ərazi bütövlüyümüz bərpa edilmişdir. Müzəffər qalib ordumuz şücaətli və mükəmməl döyüş taktikası ilə 44 gün davam edən müharibədə qələbə qazanmışdır!.
Bununla əlaqədar bütün xalqımızı, millətimizi, əsgər və zabitlərimizi təbrik edir, yaralı hərbiçilərimizə can sağlığı, Şəhidlik zirvəsinə yüksələn igidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirəm.
Bidiyimiz kimi, hal hazırda regionda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin nəzarəti altında abadlaşdırma işləri tam sürəti ilə başlayaraq infrastrukturun qurulması bütün sahələri əhatə edir. Yeni yollar salınır, yaşayış, təhsil, mədəniyyət, kommunal sahəsi, məscidlər, turizim, ictimai iaşə, Dövlət qrumları və digər ocaqlar qurulur və bərpa edilir.
Mədəniyyətin beşiyi Qarabağın mirvarisi Şuşa şəhərində 15 iyun 2021-ci il tarixində 11 maddəli “Şuşa Bəyannaməsi” iki qardaş ölkənin Prezidentləri Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və Türkiyə Cumhuriyyətinin Prezidenti Cənab Rəcəb Tayib Ərdoğan tərəfindən imzalanmışır.
Bəyannamədə beynəlxalq strateji məsələlərin əlaqələndirilməsi; Müdafiə sənayesində eləcədə Silahlı qüvvələrimizin müasir tələblərə uyğun yenidən formalaşması sahəsində əməkdaşlıq; Zəngəzur dəhlizinin açılması; iqtisadi və nəqliyyat əlaqələrinin bərpası; Milli iqtisadiyyatın, turizmin, nəqliyyat-kommunikasiya əlaqələrinin, komunikasiya və ictimai diplomatiya sahəsində əməkdaşlığın gücləndirilməsi öz əksini tapmışdır.
Bu da öz növbəsində regionda sülhə, əminamanlığa, barışa, dövlətlərin ərazi bötövlüyünün təhlekəsizliyinə və sərhədlərin bərpasına gətirib çıxaracaqdır.
Qarabağı viran qoyub qaçan vandallar indi çiçəklənən, abadlaşan Qarabağa yalnız televiziya vasitəsi ilə baxırlar. Əziz millətim, dəyərli xalqım budur bizim fərqimiz budur bizim amalımız. Tolirant, multikultural dəyərlərə, sülhə və əminamanlığa önəm verən Azərbaycan Dövləti, Azərbaycan xalqı çox yaşa!


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki