image-970_50
image-cx

Sülhün təminatı –Şuşa Bəyannaməsi

image-728_90

Sülhün təminatı -Şuşa Bəyannaməsi

İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun əldə etdiyi paralaq qələbədən sonra Azərbaycanın reqionda lider və stabilliyin qarantı olduğu sübut olunmuşdur.Buna görədir ki,dünyanın aparıcı ölkələri Azər-baycanla bütün sahələrdəki əməkdaşlıqlarını daha da inkişaf etdirmək arzusunda olduqlarını bəyan edirlər. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanmış Bəyannamə, eləcə də Türkiyə Respublikasının Şuşada baş konsulluq açmaq qərarı Azərbaycanın Qarabağ bölgəsi üçün yeni imkanlar açır. Bu imkanlar həm Şuşaya qayıdacaq şuşalılar, həm ətraf rayonların sakinləri, həm də Qarabağda yaşayan ermənilər üçün firavan gələcək vəd edir. Şuşa Bəyannaməsinin imzalanması tarixi hadisədir. Bəyannamə ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə (siyasi, iqtisadi, ideoloji, humanitar) davamlı inkişafını təmin edir. Eyni zamanda, Bəyannamə müttəfiqliyin geostrateji əhəmiyyətini artırır. Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün unikal imkan yaranıb. Ermənistanda İqtisadiyyatda vəziyyətin sabit olmaması,ölkə əhalisinin bütün problemlərini birbaşa və ya dolayı yolla Qarabağ erməniləri ilə bağlaması.,Qarabağ ermənilərinin erməni cəmiyyəti içərisində marginal-laşmasının artması Ermənistan üçün əlverişli imkanı yaradan səbəblərdəndir. Ermənistanın da və ermənilərin bir çox nüfuzlu şəxsləri müharibə ritorikasının perspektivsizliyini və qonşularla dinc yanaşı yaşamağın əhəmiyyətini xalqa izah edirlər. Bu ruhda olan çıxışlar sadə erməni xalqına daha yaxındır. Doğrudur, dünyada hələ də Azərbaycanın qazandığı bu haqlı müharibənin nəticələrini qəbul etmək istəməyən dövlətlər və qüvvələr vardır. İyunun 14-də NATO Sammiti çərçivəsində ABŞ Prezidenti ilə görüşdən həmən sonta Türkiyə Prezidentinin Şuşaya gəlməsi Ermənistanın ümidlərini tamamilə məhv etdi. NATO Sammiti çərçivəsində ABŞ Prezidenti Türkiyə Prezidenti ilə görüşdü. Görüşdən sonra Bayden “əmi-nəm ki, Türkiyə və Birləşmiş Ştatlar münasibətlərdə əsl tərəqqiyə nail olacaqlar” bəyanatını verdi. Ərdoğan görüşü “məhsuldar və səmimi” kimi xarakterizə etdi. O, əlavə etdi ki, “münasibətlərdə həll oluna bilməyəcək mövzular yoxdur və əməkdaşlıq sahələri problemlərdən daha böyük və zəngindir”. Bu görüşdən əvvəl də erməni toplumu ümid edirdi ki, Bayden Ərdoğana, daha sonra isə Ərdoğan İlham Əliyevə ciddi reaksiya gös-tərəcəkArtıq NATO Türkiyənin timsalında regiona daxil olur. Bu o deməkdir ki, Rusiyanın Cənubi Qafqazdakı təsir imkanları Qərb dövlətləri tərəfindən tədricən azaldılır.Azərbaycan ərazisində rus hərbçilərinin saxlanıl-ması da zəif rus iqtisadiyyatı üçün kifayət qədər xərc tələb edən avantüradır. Erməni toplumu anlayır ki, rus sülhmə-ramlılarının bölgədən getməsi onları azərbaycanlılarla üz-üzə qoyacaq. Belə olan vəziyyətdə azərbay-canlılarla ya savaşmaq, ya da dostluq etmək lazım gələcək. Mövcud şəraitdə Ermənistan ciddi miqrasiya problemləri yaşayır. Qarabağda miqrasiya problemi daha da qabarıqdır. Demoqrafik böhran yaşayan ölkə həm də işçi qüvvəsi, istehsal qüvvəsi, müdafiə qüvvəsi çatış-mazlığı ilə üzləşəcək. Deməli, erməni toplumu savaş yox, sülh imkanları axtaracaq.Əraziyə yeni sərmayə qoyuluşu gözlənilir. Bu isə o deməkdir ki, bir neçə ildən sonra Şuşa ilə Xankəndinin inkişaf səviyyəsində ciddi fərqlər aydın görünəcək. Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları yaranacaq. Əhalinin durumundakı fərqlər, ticarət imkanları, iş yerləri Azərbaycanı ermənilər üçün daha cazibədar edəcək. Həm ermənilər,həm də onlara havadarlıq edənlər bir şeyi dərk etməlidirlər.: Sülh Ermənistanın yeganə çıxış yoludur.

Zakir Şabanov,
Saatlı rayon Günəşli kənd ümumi orta məktəbin riyaziyyat müəllimi

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki