“Sumqayıt” klubu dövrələrarası fasilədə ilk futbolçu keçidini gerçəkləşdirib.
Son olaraq Gürcüstanın “Telavi” klubunda çıxış etmiş Vüqar Bəybalayevlə 2,5 illik müqavilə imzalanıb.
28 yaşlı yarımmüdafiəçi 15 nömrəli formanı geyinəcək.
Xatırladaq ki, 2017/2018 mövsümündə də “Sumqayıt”da çıxış etmiş Vüqar Bəybalayev həmin müddətdə ümumilikdə 24 oyuna çıxıb. O, “Telavi” ilə yanaşı, “Bakı”, “Xəzər Lənkəran”, “Rəvan” və “Səbail”in heyətində də yer alıb.