Sumqayıtda Yaşıl dərə yaşayış massivində beş nəfər dəm qazından zəhərlənib
Qanunla.az apa-ya istinadən xəbər verir ki, zəhərlənənlər bir ailənin üzvləridir.
39 yaşlı Qabil Niftalı oğlu Orucov, onun həyat yoldaşı Gülbuta İmamverdi qızı Orucova, övladları – 5 yaşlı Niftalı Qabil oğlu Orucov, 16 yaşlı Aysun Qabil qızı Orucova və 8 yaşlı Samirə Qabil qızı Orucova dərhal Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.