image-qanunla-reklam
image-1739478774_476276032_646777414544569_5169503832248960357_n

Sumqayıtda boşanmaq istəyən tibb bacısı öldürüldü

image-lady-day-az

Sumqayıtda boşanmaq istəyən qadın öldürülüb.

Qanunla.az xəbər verir ki, 41 yaşlı Cəmalə Quliyeva həyat yoldaşı Qorxmaz Quliyev tərəfindən boğularaq öldürülüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qətlə yetirilən Cəmalə Quliyeva Sumqayıtda xəstəxanaların birində tibb bacısı işləyirmiş. İş yoldaşlarının sözlərinə görə, mərhumun universitetə qəbul olan iki əkiz oğlu var imiş.

Hadisəni törətməkdə şübhəli bilinən ər saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki