Sumqayıt şəhərində ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları və dam örtüyü 80 m² sahədə yanıb.
Bu barədə “Qanunla.az” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.