image-qanunla-reklam
image-basqin

Sumqayıtda evə silahlı basqın edildi

image-lady-day-az

Sumqayıtda evə silahlı basqın edilib.

Daxili İşlər Nazirliyindən Qanunla.Az-a verilən məlumata görə, Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinə iyunun 12-də saat 5 radələrində “Yaşıl dərə” bağlar sahəsindəki evlərdən birinə girmiş 4 nəfərin ev sahibəsinə bıçaqla qol nahiyəsinə xəsarət yetirib 831 manat pulunu və mobil telefonunu talamaları barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ə.Quliyev və B.İslamzadə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki