Sumqayıtda qadın anasını bıçaqlayıb.
“Qanunla.az” xəbər verir ki, 1986-cı il təvəllüdlü Günel Əliyeva anası, 1957-ci il təvəllüdü Zemfira Əliyevaya 6 bıçaq zərbəsi vurub. Xəstəxanaya çatdırılan
Zemfira Əliyevanın həyatını xilas etmək mümkün olub. Günel Əliyeva hüquq-mühafizə orqanların əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində cinayət işi başlanılıb.