image-qanunla-reklam
image-bina-partlayis5

Sumqayıtda partlayış: əlindəki qumbara işə düşdü…

image-lady-day-az

Sumqayıt şəhərində mənzildə partlayış nəticəsində 66 yaşlı şəxs ölüb.

Qanunla.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, avqustun 16-da saat 11 radələrində 1958-ci il təvəllüdlü Truxin Sergey Valentinoviçin Sumqayıt şəhərində yaşadığı mənzildə əl qumbarasının partlaması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

***

Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhəri, 8-ci mikrorayon, Koroğlu küçəsində, beşmərtəbəli yaşayış binansının 3-cü mərtəbəsində yerləşən mənzildə baş vermiş partlayışla bağlı məlumat yayıb.

Bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, partlayış baş vermiş mənzilə baxış keçirilərkən 1958-ci il təvəllüdlü Truxin Sergey Valentinoviçin meyiti aşkar edilib:

“Mənzildə aşkar edilmiş döyüş tətbiqinə yararlı 3 ədəd 23 mm-lik mərmi Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün götürülərək kənarlaşdırılıb. Mənzildə yanğın hadisəsi qeydə alınmayıb.Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır”, – deyə məlumatda qeyd edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki