Sərnişin avtobusu ilə minik avtomobili toqquşub.
Qanunla.Az Report-a istinadən verir ki, hadisə “Saray körpüsü” yaxınlığında qeydə alınıb.
1961-ci il təvəllüdlü Namiq Sabir oğlu Ağayev idarə ediyi 16-19 saylı xətt üzrə işləyən “Paz” markalı 10 JR 983 nömrə nişanlı avtobusla 2005-ci il təvəllüdlü Cavidan İsmayıl oğlu Mirzəyevin idarə etdiyi özünə məxsus “Xəzər” markalı 20 EK 097 nömrə nişanlı avtomaşınla toqquşub.
Cavidan Mirzəyev qapalı kəllə beyin travması xəsarəti aldığı üçün Sumqayıt TTYX-nın reanimasiya şöbəsinə yerləşdirilib və sonradan aldığı xəsarətdən xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.