image-qanunla-reklam
image-1686905865-xestexana

Sumqayıtdakı silahlı hücumda yaralananların SON DURUMU

image-lady-day-az

Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasında müalicəsi davam etdirilən 1958-ci il təvəllüdlü Mehman Sarıyev Reanimasiya şöbəsindən Cərrahiyyə şöbəsinə köçürülüb.

Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsindən “Qanunla.az”a bildirilib ki, onun vəziyyəti stabildir.  1960-cı il təvəllüdlü Tərlan Fərəcova Reanimasiya şöbəsində müalicəsini davam etdirir, vəziyyəti orta ağır qiymətləndirilir.

1990-cı il təvəllüdlü Etibar Sarıyev isə Travmatologiya şöbəsində müalicə alır. Vəziyyəti qənaətbəxşdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki