Sumaqaytın 76-cı məhəlləsi yeni yaşayış massivinində kanalizasiya xətlərinin nasazlığı ilə bağlı şikayətlər durmadan artır.
Qanunla.Az xəbər verir ki,Sumqayıt şəhərinin 76-cı məhəllə yaşayış massivində artıq faciəli bir durum hökm sürür. Ayladır bu durumu yaşayan məhəllə sakinləri bu günlərdə artıq pik bir durumla qarşı-qarşıyadır. Evlərin içərisinə qədər dolan kanalizasiya suyu artıq camaatı özündən çıxardıb. Belə ki, sakinlər bu suların xəstəlik mənbəyi olduğunu əsas gətirərək, bu vəziyyətə son qoyulmasını istəyirlər.Çirkli sular az qalır yorğan-döşəyimizin içinə girsin. Ona görə də bura ağcaqanadların, siçovulların məskəninə çevrilib. Pəncərəni açan kimi ağcaqanad, milçək içəriyə dolur. Üfunət qoxusu səhhətimizə mənfi təsir göstərir“.Sakinlərin verdiyi məlumata görə, Sumqayıt şəhər icra hakimiyyəti və şəhər bələdiyyəsi bu hadisədən xəbərdardılar.Dəfələrlə müraciət etməyimizə baxmayaraq bizimlə maraqlanan yoxdur.Bəzi sakinlər evləri su içində qaldığından buraları tərk ediblər.
“Antisanitariyadır, hər tərəfi çirkab suyu basıb, baxan yoxdur. Nə bələdiyyəsi, nə icrası baxır.Məcbur qalıb ölkə başçısına teleqram vuracağıq.Ortalıqda qalmışıq”, – deyə sakinlər narazılıq edir.
Qanunla.Az
Vüqar Rəhimov