image-qanunla-reklam
image-163327700925919540

Suqovuşan və Talışın azad edilməsi: Müharibədəki manevr – ŞƏRH

image-lady-day-az

Prezident İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldıb, mərasimdə çıxış edib.

İlham Əliyev Suqovuşan və Talışın azad edilməsinin ildönümündə çıxış edərkən müharibə zamanı düşmənin bu istiqamətlərdə möhkəm mövqeləndiyinə diqqət çəkib.

İlham Əliyevin bu çıxışını Suqovuşan və Talışın Ermənistanın işğalından azad edilməsi üçün aparılan hərbi əməliyyatların bəzi detallarının açıqlanması kimi dəyərləndirə bilərik.

İlham Əliyev deyib:

“Suqovuşan qəsəbəsinin azad edilməsi strateji nöqteyi-nəzərdən çox böyük əhəmiyyət kəsb edirdi. Çünki bu qəsəbənin yerləşməsi müharibənin gedişatında önəmli rol oynayırdı və qəsəbənin əlimizdə olması bizə gələcək əməliyyatlarımızda üstünlük təşkil edirdi. Düşmən yəqin ki və təbii ki, bilirdi, biz bu istiqamətdən hərəkətə keçəcəyik”.

İlham Əliyevin çıxışından gəlinən nəticə:

Müharibənin ilk günlərində Suqovuşan qəsəbəsi və Talış kəndi uğrunda aparılan intensiv döyüşlər hərbi üstünlüyü təmin etmək zərurətindən irəli gəlirdi.

Səbəbinə gəlincə:

Suqovuşan və Talış Azərbaycan ordusunun bu bölgədəki strateji yollara nəzarətimizi təmin edir,

Düşmənin canlı qüvvəsinin hərəkəti üçün, manevrləri üçün çox böyük problemlər, məhdudiyyət yaradılır.

Müharibə zamanı həmin istiqamətləri işğaldan azad edən hərbi hissələr daha sonra, daha doğrusu noyabrın 9-na qədər gözləmə mövqeyində qaldı, bu isə Azərbaycan ordusunun manevri idi.

Çünki Ermənistan ordusunun Suqovuşan və Talış həndəvərində mövqeləri qalırdı, amma onlar digər əməliyyatlarda iştirak edə bilmirdi.

Buna görə də, Azərbaycan ordusuna bu istiqamətlərdə manevr lazım idi, bununla düşmənin diqqəti əsas hədəfdən yayınır və diqqəti manevr edən bölmələrin üzərinə kökləyir.

Prezident bu manevrin mahiyyətini açıqlayıb:

“Azərbaycan ordusu bu istiqamətdə bundan sonra da böyük dərəcədə irəliləyə bilərdi. Ona görə bizim taktiki addımlarımız və manevr etmək imkanlarımız düşünülmüş addımlar idi və demək olar ki, burada düşmənin böyük bir hərbi birləşməsi iflic vəziyyətdə qalmışdı”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki