Suriya artıq İran, Rusiya və ya Hizbullah kimi xarici güclərin əlaltısı olmamalıdır.
Qanunla.Az xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.
O, dekabrın 11-də İordaniyaya səfəri zamanı ölkəsinin dinc gələcəyə nail olmaqda və regionda daha böyük sabitliyin bərqərar olmasında Suriyanı dəstəkləndiyini vurğulayıb.
Boris Pistorius Yaxın Şərqdəki son hadisələrə də işarə edərək, Almaniyanın bu regionda hərbi mövcudluğunu gücləndirdiyini açıqlayıb.
Qeyd edək ki, hazırda Yaxın Şərqdə 600-ə yaxın alman əsgəri var.